Türkiyə ordusu Suriyanın şimalında PKK-ya qarşı hava əməliyyatı keçirib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Əməliyyat nəticəsində terror təşkilatının nəzarətində olan, əsasən neft quyuları və neft anbarları olmaqla PKK-nın 6 obyekti məhv edilib", - deyə nazirlikdən bildirilib.
Hava əməliyyatı yerli vaxtla saat 22:00-da başlayıb. Əməliyyat zamanı mülki əhalinin zərər görməməsi üçün bütün lazımi tədbirlər görülüb.