EN

"Qalatasaray"ın prezidenti hakimləri tənqid edib

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək Superliqada hakim idarəçiliyindən narazıdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, funksioner bu barədə mətbuat konfransında açıqlama verib.

O, İstanbul derbilərində hücumçuları Mauro İkardiyə qarşı ciddi qayda pozuntularının olduğunu iddia edib: "Beşiktaş"la matçda onun ayağını qırdılar, hakim görmədi. "Fənərbağça" ilə görüşdə gözünü kor etməyə çalışdılar, referi yenə görmədi. Nə VAR (Video Köməkçi Hakim) bunları aşkarladı, nə də hakim gördü".

Qeyd edək ki, "Qalatasaray" Superliqada 19 oyundan sonra 48 xalla ikinci pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
322
7
milli.az

10Sources