EN

Yellen ABŞ-ın 34 trln. dollarlıq dövlət borcunu “qorxulu” adlandırıb

ABŞ-ın maliyyə naziri Janet Yellen ölkənin 34 trilyon dollarlıq xarici borcunun həcmini qorxulu hesab edir. Bununla belə, o, vəziyyətin nəzarət altında olduğunu iddia edir, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“34 trilyon dollarlıq dövlət borcunun rəqəmindən danışsaq, bu, qorxulu rəqəmdir”, – Janet bildirib.

Nazir əmin edib ki, hazırda ABŞ-ın dövlət borcu “idarə oluna bilər”, lakin gələcəkdə ABŞ Konqresi və administrasiyası “defisitin azaldılmasına əmin olmaq üçün tədbirlər görməlidir”.

Yanvarın 3-də ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb və bu, rekord olub. Çin, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri kimi ABŞ dövlət istiqrazlarının iri xarici alıcıları artıq onlara investisiyalarını azaldıblar.

©Banker

Chosen
223
22
valyuta.az

8Sources