EN

Türkiyə Fələstin üçün təminatçı ölkə olmaq istəyir

Türkiyə bölgədəki siyasi və hərbi mövcudluğundan istifadə edərək Fələstinin təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sabah" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Türkiyə həmçinin qeyd edir ki, humanitar, siyasi və hərbi mövcudluğu ilə Fələstin tərəfində sülhün təminatçılarından biri olmağa hazırdır", deyə mətndə qeyd edilir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq etmişdi ki, Qəzzadakı münaqişə yeni münaqişələrə səbəb ola bilər. O, beynəlxalq ictimaiyyəti Fələstin anklavında daimi atəşkəs üçün səyləri dəstəkləməyə çağırıb və bir sıra dövlətlərin HƏMAS-a qarşı mübarizədə İsrailin hərəkətlərini dəstəklədiyini qeyd edib.

Hakan Fidanın sözlərinə görə, həm Fələstinin, həm də İsrailin hüquq və qanuni maraqları nəzərə alınmadan münaqişənin həlli mümkün olmayacaq. Türkiyənin xarici işlər naziri hesab edir ki, yəhudi dövlətinin təhlükəsizliyini Fələstin xalqı hesabına prioritetləşdirmək sülh gətirməyəcək.

Aydın




Chosen
353
35
qaynarinfo.az

10Sources