EN

Pişiklərin yediyi kişi və qadın meyiti tapıldı

Rusiyanın Moskva şəhəri yaxınlığındakı Sergiev Posad qəsəbəsində tikinti qoşqusunda kişi və qadın cəsədi tapılıb. Onlar qismən pişiklər tərəfindən yeyilib və meyitlərdə donma əlamətləri aşkarlanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, meyitlər dostlarını ziyarət etməyə gələn bir adam tərəfindən tapılıb. Onun sözlərinə görə, kişi və qadın təxminən iki həftə əvvəl sağ olublar. O əlavə edib ki, mərhum aşağı ətraflarını don vurduğu üçün uzun müddət evdən çıxmayıb.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı araşdırmalara başlayıb. Onların ölüm şəraiti və səbəbləri dəqiqləşdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
188
50
lent.az

10Sources