EN

Belarus “Şimal-Cənub” dəhlizi ilə İrana yükdaşımalar üçün üç sxem hazırlayıb

Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük konteynerlərinin İrana çatdırılması üçün üç marşrut hazırlayıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Belarus mətbuatı nazir Aleksey Lyaxnoviçə istinadən yazır.

  • “Qərb marşrutu yüklərin dəmir yolu ilə Azərbaycan və İran sərhədindəki Astara stansiyasına, daha sonra isə avtomobil yolu ilə İran alıcılarına daşınmasını nəzərdə tutur.
  • Mərkəzi marşrut dəmir yolu ilə Həştərxan vilayətinin limanlarına daşınmanı nəzərdə tutur. Orada onlar dəniz nəqliyyatına yüklənəcək və İranın Bəndər Ənzəli limanına çatdırılacaq.
  • Şərq marşrutu üzrə isə konteynerlər dəmir yolu ilə Akyayla (Türkmənistan) sərhəd stansiyalarına qədər gedəcək. Daha sonra onlar vaqonlara köçürülərək İrana göndəriləcək”, - nazir bildirib.

O əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturundan istifadə etməklə Belarus ixrac yüklərinin daşınması üçün logistikanın qurulması istiqamətində davamlı iş aparılır.

Chosen
371
41
vergiler.az

10Sources