EN

İki ildir ki, itkin kimi axtarışda olan qadının öldürüldüyü məlum olub - VİDEO

Masazırda iki il əvvəl itkin kimi axtarışda olan qadının öldürüldüyü məlum olub. 

Day.Az xəbər verir ki, Abşeron rayon sakini 59 yaşlı Bahar Məmmədovanın qısqanclıq zəminində öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer onu öldürməkdə şübhəli bilinən Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunub.

Qonşular bildirirlər ki, qadın əvvəllər evdə tək yaşayıb, sonradan isə tanışı ilə birgə qalırmış. 

Könül Baxşəliyev Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
201
50
day.az

10Sources