EN

Qvardiola: “Rəqibimiz “Real”dır? Yaxşı, olsun”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Real”a rəqib olmasına münasibətini bildirib.

Arena.az “One Football”dərgisinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Başqa seçimimiz yoxdur. Ardıcıl üç il turnirin kralları ilə oynamaq kiçik bir ənənəyə bənzəyir. Ümidvaram ki, biz yaxşı məqamda gələcəyik. Püşkü idarə etmək mümkün deyil, əgər insanlar bunun asan olduğunu deyirlərsə, bunun səbəbi rəqibin inamını sarsıtmaqdır. Evdəki ikinci oyun – bu, elə, lazım olanıdır”, deyə Qvardiola vurğulayıb.

“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə, cavab oyunu isə aprelin 17-də Mançesterdə keçiriləcək.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın “şəhərlilər”i “Real”ı ümumi hesabda 5:1 hesabı (səfərdə: 1:1, evdə: 4:0) ilə məğlub edərək yarışın finala vəsiqə qazanmşdılar. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

Çempionlar Liqasının 2021/2022 mövsümndə isə “Real” 1/4 final mərhələsində “Mançester Siti”ni ümumi hesabda 6:5 hesabı (səfərdə: 3:4, evdə: 3:1) ilə məğlub edərək, sonda çempionluğu bayram etmişdi.

Chosen
24
5
arena.az

10Sources