EN

Dünyanın ən uzunömürlü insanı məlum oldu

Dünyanın ən uzunömürlü insanı, britaniyalı, 111 yaşlı Con Tinnisvuddur.

KONKRET.az xəbər verir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Yarım əsrdən çoxdur təqaüdə çıxan Tinnisvud bu həftənin əvvəlində 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölməsindən sonra Ginnesin “Rekordlar Kitabı”na düşüb.

O, qeyd edib ki, uzunömürlülüyünün səbəbi “sadəcə şansdır” və pəhrizin xüsusi bir sirri yoxdur.

Tinnisvud 1912-ci ildə İngiltərənin şimalındakı Mersisaydda anadan olub. Keçmiş poçt işçisi, təqaüdə mühasib kimi çıxan Tinnisvud 111 il 222 gündür ömür sürür.

Tinnisvud uzun ömür sürməsinin sirrinə belə cavab verib: “Ya çox yaşayırsan, ya da qısa, bununla bağlı çox şey edə bilməzsən”.

Dünyada ən çox yaşamış kişi 116 il 54 gün ömür sürmüş yaponiyalı Jiroemon Kimura olub. Ən çox ömür sürən qadın və planetimizin ən uzunömürlü insanı 117 yaşlı ispaniyalı Mariya Branyas Moreradır.

Chosen
243
49
konkret.az

10Sources