EN

Yerli QHT-lər, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Ruben Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri, Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik. Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər. Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub. Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb. Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub. Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil. Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb. Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib. Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq. İmzalar: Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Novella Cəfərova - D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri, Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri Adilə Qəmbərova - Xankəndi sakini Arif Tağıyev - Xankəndi sakini Habil İsmayılov - Xankəndi sakini Süleyman Yusibov - Laçın sakini Elxan Təhməzov - Laçın sakini Saleh Qasımov - Ağdərə sakini Bilal Axundov - Ağdərə sakini Məhəddin Quliyev - Ağdərə sakini Ramin Nadirov - Kəlbəcər sakini Ədalət Bəxtiyarov - Kəlbəcər sakini Zümrüd Quliyeva - Ağdam sakini Nadya Allahyarova - Ağdam sakini Gülnarə Əhmədova - Füzuli sakini Səməd Əliyev- Füzuli sakini Güləli Məmmədov - Zəngilan sakini Əlövsət Tanrıverdiyev - Cəbrayıl sakini Murad İbişov - Cəbrayıl sakini Etiraf Qasımov- Zəngilan sakini İslam Bayramov - Xocavənd sakini Faiq Fətəliyev - Xankəndi sakini Məlahət Hüseynova - Xocalı sakini Aqilə Əlizadə - Şuşa sakini İman Allahverdiyev - Xocalı sakini Arif Əliyev - Xankəndi sakini Zamin Həsənov - Xankəndi sakini Famil Şükürov – Şuşa sakini Yelmar Ələsgərov – Şuşa sakini Yasin Məhərrəmov - Xankəndi sakini Gülnaz Salahova - Xankəndi sakini Seymur Nəbiyev - Xankəndi sakini Tacimə Quliyeva - Xankəndi sakini Xəyyam Allahverdiyev - Xankəndi sakini Etibar Abışov - Xocavənd sakini Azad Əliyev - Şuşa sakini Murad Allahverdiyev - Xocalı sakini Vidadi Əliyev - Xocalı sakini Nizami Balayev - Şuşa sakini Əlövsət Vəliyev - Şuşa sakini Fəxrəddin İsmayılov - Şuşa sakini Şükür Quliyev - Xocavənd sakini Roman Quliyev - Xankəndi sakini Tubu İbrahimova - Xankəndi sakini Arif Hüseynov - Xocavənd sakini Muradxan Quliyev - Xocavənd sakini Elçin Dadaşоv - Xankəndi sakini Əbülfət Məmmədоv - Xankəndi sakini Quzal Abbasova - Xocalı sakini Minarə Bayramоva - Xocalı sakini Şükür İbrahimоv - Xocavənd sakini Vaqif Həsənоv - Xocalı sakini Əyanət Məmmədоv - Xocavənd sakini Arif Dоstiyev - Şuşa sakini Mələk Abbasova - Xocalı sakini Elmira Kərimova - Xocalı sakini Nazilə Məhərrəmova – Şuşa sakini Famil Kərimov – Şuşa sakini Anar Əsədov - Xocalı sakini Rəvan Həsənov - Xocalı sakini Rahilə Rəhimova - Şuşa sakini Ramil Babayev - Xocavənd sakini Bəxtiyar Məmmədov - Xocavənd sakini Rafiq Hümbətov - Şuşa sakini Rafail Məmmədov - Şuşa sakini Anar Əbdülov – Xocalı sakini Nəbi Əzimov – Şuşa sakini Nargilə İsgəndərova - Xocavənd sakini Zamin Nadirov – Şuşa sakini Sahibə Şahmuradova – Xocalı sakini Ramil Qasımov – Şuşa sakini Şahnaz Behbudova – Xocalı sakini Seymur Bəxtiyarov - Xankəndi sakini Vahid Ələkbərov – Şuşa sakini Gülnaz Orucova – Xocalı sakini Bakir Məmmədov – Xocalı sakini Tahir Cəfərov - Xocavənd sakini Fatma Hüseynova - Xocavənd sakini Qəmər Məmmədova – Şuşa sakini Mahir Səfərov – Xocalı sakini Məlahət Məmmədova – Xocalı sakini Rəna Əzimova – Xocalı sakini Ramiz Həsənov – Şuşa sakini Qəmbər Məhərrəmov - Xankəndi sakini İlham Kərimov – Şuşa sakini Fəxrəddin Əsədov - Xocavənd sakini Cəlal Camalov - Xocavənd sakini Qabil Əkbərov – Xocalı sakini Zenfira Əliməmədova – Xocalı sakini Surxay Quliyev – Xocalı sakini Elman Xəlilov - Şuşa sakini Sirac Malasov - Kəlbəcər sakini Ceyhun Baxışov -Kəlbəcər sakini Hicran Əmrahova - Kəlbəcər sakini Fəqan Vəliyev – Şuşa sakini Yəhya Niyazov – Şuşa sakini Qənimət Bayramov – Xocalı sakini Elnur Bəylərov – Şuşa sakini Möhübbət Həsənov – Şuşa sakini Elbəniz Hüseynov - Xocavənd sakini Vasif Əliyev - Xocavənd sakini Rövşən Qasımov - Xocavənd sakini Həsən Əhmədov – Xocalı sakini Svetlana Cavadova – Xocalı sakini Fidan Əliyeva – Xocalı sakini Nüşabə Quliyeva – Şuşa sakini Alesiya Bəhmənova – Şuşa sakini Sara Həsənova - Xocəvənd sakini Səyyarə Nəcəfova - Xocəvənd sakini Fuad Salahov – Şuşa sakini Taleh Cabbarov - Xankəndi sakini Bulus Quliyev - Xankəndi sakini Vaqif Həsənov – Şuşa sakini Emin Zeynalov – Şuşa sakini İlqar Əmirov - Xankəndi sakini İsmayıl Cəbrayılov – Şuşa sakini Əfqan Rzayev - Xankəndi sakini Möhübbət Səfərov - Xankəndi sakini Əvəz Mehralıyev – Şuşa sakini Qalib Mirzəliyev – Şuşa sakini Nəbi Qasımov - Xocavənd sakini Rasim Hüseynov - Xocavənd sakini Fazil Quliyev – Xocalı sakini Ədalət Qasımov – Şuşa sakini Məhəmməd Zeynalov – Xocalı sakini Əhliman Quliyev – Xocalı sakini Ramiz Süleymanov – Şuşa sakini Mənsur Nəcəfov – Xocalı sakini Fikrət Abbasov - Xocavənd sakini Vahid Abbasov – Xocalı sakini Cəmil Rəhimova - Xocalı sakini Valeh Allahverdiyev - Şuşa sakini Aslan Əmirov - Şuşa sakini Zahir Usubov - Xocalı sakini Mahirə İsmayılova – Xocalı sakini Səxavət Abbasov – Şuşa sakini Mehman Həşimov – Xocalı sakini Gəray Həşimov – Xocalı sakini Xatirə Cəfərova - Xocəvənd sakini Vasif Həşimov – Şuşa sakini Vüqar Kərimov – Şuşa sakini Rza Məmmədov - Xocəvənd sakini Səbuhi Məmmədov – Şuşa sakini Reyhan Quliyeva – Şuşa sakini Novruz Rəsulov - Xankəndi sakini Müzəffər Qurbanov - Xankəndi sakini Sevil Şükürova - Xankəndi sakini Elxan Ağayev – Şuşa sakini Vaqif Ağayev – Xocalı sakini Vaqif Məmmədov – Xocalı sakini Zülfü Quliyev – Xocalı sakini Məzahir Ağayev – Xocalı sakini Nadir Məmmədov – Xocalı sakini Fazil Quliyev – Xocalı sakini Məhəmməd Zeynalov – Xocalı sakini Vaqif Məmmədov – Xocalı sakini Ələmşah Hüseynov – Şuşa sakini Məmməd Süleymanov – Şuşa sakini Xanımzər Sadıqova – Şuşa sakini Nazim Mirzəyev - Xankəndi sakini İnşallah Mahmudov - Xankəndi sakini Lətafət Quliyeva – Şuşa sakini Tacir İsmayılov – Xocalı sakini Adil Əzizоv – Şuşa sakini Mustafa Səfərov - Laçın sakini Ülfət İlyasov - Laçın sakini Rauf Əhmədov - Laçın sakini Mahir Səmədov - Ağdərə sakini Təbib Əzizov - Ağdərə sakini”.

Chosen
560
3
bizimyol.info

4Sources