EN

Rus qoşunları Qarabağdan Ukraynaya köçürülə bilər - Bild-in analitiki 

Ruslar Azərbaycanın Qarabağ bölgəsindən çıxarılan qoşunlarını Ukraynaya köçürə bilər. 

Bizim.Media xəbər verir ki, Almaniyanın Bild tabloidinin hərbi analitiki Julian Röpke belə hesab edir.

Rusiya Federasiyası bu həftə 2020-ci ilin payızından Qarabağda olan sülhməramlı qüvvələrini çıxarmağa başlayıb. Kontingent 2000-ə yaxın əsgərdən ibarət idi. Onlar ağır texnika ilə birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.
Röpke bildirib ki, bu kontingentin, o cümlədən onlarla yeni BTR-82A zirehli texnikanın Ukraynaya gedəcəyi ehtimalı var.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
156
3
bizim.media

10Sources