“X” (əvvəllər “Twitter”) bəzi ölkələrdə problemlə üzləşib. Yeniavaz.com xəbər verir ki, bu barədə internet resursların işinə nəzarət edən “Downdetector” xidmətinin saytında məlumat yayılıb. Bildirilir ki, problemlə üzləşən istifadəçilərin 76%-i saytın işindən şikayət edir, 17%-i proqramdakı nasazlıqları qeyd edir, daha 7%-i serverə qoşulmaqda çətinlik çəkir. Ən çox şikayətlər ABŞ-də qeydə alınıb.