EN

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib.

OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb.

""Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi. Çox məsuliyyətli, çox çətin idi. Amma bacırırdım. Uşaqlarım İncəsənət Gimnaziyasında oxuyurlar. Uşaqları oraya qoyurdum, onun da arxasında "Space" telekanalıdır. Rahat idi. Elə oldu ki, verilişin zamanı bitdi. Veriliş bağlandı, təhfil verdik. Musiqili veriliş istəyirəm neçə vaxtdır. Deyirəm, Sibel Canın verilişi kimi layihə edəcəyəm. "Şarkılar bizi söyler". Hansı telekanalda olacaq bilmirəm", - deyə, o, söyləyib.

Qeyd edək ki, Türkiyənin Kanal D televiziyasında yayımlanan "Şarkılar bizi söyler" proqramında müğənnilər Sibel Can, Hakan Altun və klarnet ifaçısı Hüsnü Şenlendirici aparıcılıq edir.


BiG.Az
Chosen
156
3
big.az

3Sources