Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla 7-ci, paytaxt klubu 49 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan"la "Sabah" komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXXIII tur