BMT baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.
Məlumata görə, Jivkoviç səfər çərçivəsində Qeqarkunik, Tavuş, Ararat, Vayots Dzor və Sünik bölgələrinə səfər edəcək.