EN

Mövsümün ən yaxşı baş məşqçisi SEÇİLDİ

İtaliya A Seriyasında 2023/2024 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada "İnter"ə rəhbərlik edən Simone İnzaqi layiq görülüb.

Qeyd edək ki, mütəxəssis cari mövsüm komanda ilə ölkə çempionu olub. Milan təmsilçisi A Seriyasında 37 matçda 29 qələbə qazanıb, 6 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib. "İnter" sona beş tur qalmış çempionluğu təmin etmişdi.

Chosen
24
9
bakivaxti.az

10Sources