EN

Makron Kiyevə Rusiya ilə bağlı icazəni verdi

Ukraynaya Rusiyanın hərbi hədəflərini vura bilən uzaqmənzilli silahların verilməsi münaqişənin gərginləşməsi deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Hesab edirik ki, onlara raketlərin buraxıldığı, əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı digər hədəfləri, açıq-aydın mülki hədəfləri və ya digər hərbi hədəfləri vurmaq hüququ olmamalıdır”, - Makron bildirib.

Qeyd edək ki, bu gün Avropa Birliyinin müdafiə nazirləri Ukraynanın Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını müzakirə edir. 

 

Chosen
191
11
bakivaxti.az

10Sources