EN

Namazın insana fiziki, ruhi və əxlaqi təsiri... -ÇOX MARAQLI FAKTLAR...

"Gün ərzində bircə saatlığa da olsa, dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq..."
 
"Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur..."

 

Namaz haqda maraqlı faktlar...

(Əvvəlli burada:)

 
"...Namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur..."
 
"İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir.."
Namaz yalnız formalardan ibarət olsa da o, insana bir çox maddi və mənəvi nemətlər verir.
 
1. Namazın fiziki quruluşumuza təsiri:
 
a) Göz bullurunun yığılmadan görə bildiyi, beləliklə da rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi, namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün bullurları dincəlir. Gündə 40 rükət hesabı ilə bu istirahət 1 saata bərabər olur ki, bu nemət də göz üçün böyük bir sağlamlıqdır.
 
b) Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz. Həm də namazın ibadət intizamı əsasında davam etdirilməsi oynaqlardakı bu rahatlığı bütün ömür boyu saxlayır.
 
c) Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnetik təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir.
 
2. Namazın ruhumuza təsiri:
 
a) Gün ərzində bircə saatlığa da olsa, dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq.
 
b) Namazımızı davam etdirsək, ayənin də əmr etdiyi kimi, həddi aşmaqdan və eyni zamanda bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq.
 
c) Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr (şübhələr) aradan qaldırılır.
 
3. Namazın əxlaqımıza olan təsiri.
 
a) Namaz qılan insan Allah-Təalanın hüzurunda oxuduğu “Fatihə” surəsində verdiyi “Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqi səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz məsələsi insana əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.
b) Namazı hətta formal yerinə yetirən adamlar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik məhz təkəbbürdür, eyni zamanda bütün mübahisələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. Namazı bir ibadət ciddiyyəti içində qılan adamların qüruru isə onlar hər dəfə səcdə edəndə mənəvi hikmətdə zənginləşir. Məsələyə hətta sırf bu baxımdan yanaşanda da bəlli olur ki, namaz əxlaqın əsasını təşkil edən təməl ibadətdir.
 
c) Namaz imana nəzarət edən çox ayıq sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə də imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s) “Müsəlman yalan danışmaz” hökmü reallaşır. Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir.
Şair deyir:
 
"Quşların uçuşun gördünmü? İnan,
Şəhvətdən qurtulsa ucalar insan..."
 
Mənbə: //islam.az
Chosen
980
50
moderator.az

10Sources