EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun.

Buğa - ambisioz, hikkəli, aqressiv olmayın. Əvvəlki incikliklərin heyfini almağa çalışmayın. Münaqişələrə meylli, kinli insanlardan uzaq durun. Daxili azadlığınızı və səbrəstliyinizi qoruyun.

Əkizlər - ani qərarlar verməyin. Düşünüb daşının, sonra fikrinizi açıqlayın. Yaşanan proseslərlə bağlı mövqeyinizdə dəyişikliklər ola bilər. Aqressiya və həyəcan yolverilməzdir. Yaxın ətrafınızdakı insanlara dəyər verin, onların qəlbini qırmayın.

Xərçəng - rutin işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Aksiyalara və toplantılara qatılmayın. Müstəqil fəaliyyətə üstünlük verin. Saxta etiraflara və yalnız ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.

Şir - təşəxxüslü, ifrat qürurlu olmayın. Hisslərinizə hakim ola bilməsəniz, fəsadları ağır addımlar ata bilərsiniz. Ailə üzvlərinin tələblərini nəzərə alın. Onların istəkləri ön planda olmalıdır.

Qız - günün ilk yarısı yaradıcılıq üçün əlverişlidir. Xatirələrin təsiri və hisslərin pressinqi altında olsanız, ən adi, rutin işlər yarımçıq qala bilər. Rasional məntiqinizi unudub ani istəklərlə davranmayın.

Tərəzi - maliyyə məsələlərində diqqətli olun. Münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın, sayıq və diqqətli olun. Bədxərclik etməyin, alış-verişdə məntiqli davranın.

Əqrəb - emosiyalarınızı nəzarətdə saxlayın. Hissləriniz sizi yanlış addımlar atmağa vadar edə bilər. Təmkinli olun, bütün diqqəti işə yönəldin. Maddi və ya mənəvi baxımdan təzminatlar əldə etməyə can atmayın.

Oxatan - sınaq zamanıdır. Günün ilk yarısından etibarən maneələr və sədlərin sayı artacaq. Təşəbbüslər zamanı deyil. Cari işləri başa vurun, yarımçıq heç nə saxlamayın.

Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar, görüşlər və xəbərlər vəd edir. Önəmli saydığınız məsələ ilə bağlı yeni məlumatlar ala bilərsiniz. Gözlədiyiniz hadisə baş verəcək.

Dolça - rutin, adi işlər üçün neytral zamandır. Qarşınıza böyük məqsədlər qoyubsunuzsa, sizi çətinliklər gözləyir. Mübahisəni, diskussiyanı, kütləvi tədbirdə iştirakı təxirə salın. Mövqelərinizi qorumağa çalışın.

Balıqlar - dəyişikliklərə başlamaq zamanıdır. Perspektivlə bağlı məlumatlar alacaqsınız. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Kiçik problemlərin həllini bir müddətə təxirə salmaq olar. Yaşam sizə sürprizlər hazırlayıb.

Milli.Az

Chosen
209
mia.az

1Sources