Azərbaycan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı noyabrda keçiriləcək СОР29 konfransında iştirak etmək üçün Bakıya dəvət edib.
"32gun.az" xəbər verir ki, bəzi erməni mətbuatı XİN-dən Ermənistanın dəvəti qəbul edib-etmədiyini və Mirzoyanın Bakıya gedib-getmədiyini öyrənməyə çalışıb.
"Əgər məsələ qaldırılarsa, biz bu barədə məlumat verəcəyik", - Ermənistan XİN-in məlumatında deyilir.
KİV-də yer alan məlumata görə, Ermənistan xarici işlər nazirliyi Bakıda keçirilən COP29 iştirakını nə təsdiq, nə də təkzib edir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumuna Ermənistanı СОР29-a dəvət edib.