EN

Koronavirusa yoluxmuş Baydendən xəbər var

Koronavirusa yoluxmuş ABŞ prezidenti Co Bayden sağalır.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris bildirib.

"Prezidentimiz Co Bayden özünü daha yaxşı hiss edir, koronavirusdan sağalır və işə qayıtmağı səbirsizliklə gözləyir", - Harris Ağ Evdə keçirilən tədbirdə deyib.

Qeyd edək ki, Bayden prezidentlik yarışı uğrunda mübarizədə əlavə iştirakdan imtina etdiyini elan etdikdən sonra Kamala Harris ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Chosen
141
50
unikal.az

10Sources