Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Lübnan kapitalı ilə 40 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Lübnan şirkətlərinin məcmu kapitalı 42 milyon 750 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 59 milyon 330 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Lübnan şirkətlərinin əksəriyyəti İstanbulda (29) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Lübnan şirkətlərinin ümumi kapitalı 15milyon 600 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Lübnan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.