EN

Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.

“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, – məlumatda vurğulanır.

Chosen
288
50
banker.az

10Sources