Bankların aktivləri 50 milyard manata yaxınlaşır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hazırda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankdan bildirilib ki, ilin əvvəlində bu göstərici 49 milyard 178,2 milyon manat olub. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,5 faiz artaraq 43 milyard 254,6 milyon manata, depozit portfeli 3,9 faiz artaraq 34 milyard 373,9 milyon manata çatıb.