Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıkovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı da istisna olunmur.
Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərov kimi Azərbaycan Ordusunda əli qana batan çox sayda yüksək rütbəlilər var: “Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".
Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi Instagram səhifəsində paylaşım edib.
"Qafqazinfo" həmin paylaşımı təqdim edir:
“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”
Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".
İsrail konstruktorları Rusiyanın PUA texnologiyasını kopyalamağa başlayıb.
Axar.az xəbər verir ki, bunu “Kalaşnikov” şirkətlər qrupuna daxil olan ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib.
“Bu gün hesab edirəm ki, biz nəinki geridə qalmırıq, həm də artıq İsrail bəzi şeyləri bizdən kopyalayır”, - Zaxarov bildirib.
Şamaxıda ilk dəfə çörəkotu bitkisi əkilir.
Xaricdə yaşayan həmvətənimiz Ariz Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabına yazaraq bu sahəyə maraq göstərdiyini və əkin üçün lazım olacaq dəstəyini ifadə edib. Müvafiq məsələlər üzrə nazirliyin tabeli qurumu olan “Aqroservis” ASC tərəfindən dərhal təklifə operativ reaksiya verilib.
ASC bu sahənin inkişafına dəstək, həmçinin digər fermerlərimizin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün artıq bir sıra addımlar atıb.
Belə ki, cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, becərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcək. Bitkinin sağlam inkişafı üçün digər məsələlərin həlli istiqamətində müvafiq işlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Cəmiyyət tərəfindən çörəkotu bitkisinin əkilməsi üçün lazım olacaq aqrotexniki işlər normativlərə uyğun formada hazırlanıb. Şamaxı rayonunun Böyük Xınıslı kəndində torpağın əkinəyararlı olub-olmadığını müəyyən etmək üçün kompleks təhlillər aparılaraq, 1 hektar ərazidə çörəkotu bitkisi əkilib.
Çörəkotu qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkiyə vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə alim aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsəllələrin həlli istiqamətində müvafiq işlər görüb. Düzgün becərilmənin həlli istiqamətində, ilk dəfə olaraq, mədəni formada becəriləcək sahədə sınaq təcrübəsi də aparılacaq.
Ümumiyyətlə, görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək, həmçinin bu bitkinin əvvəlki şöhrətini yenidən qaytarmaqdır.
Qeyd edək ki, mütəxəsislərin apardıqları araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır. Çörəkotu yüksək təzyiqi də normaya salır. Alimlər tərəfindən aparılan digər araşdırmalarda isə bu bitkinin yağının astmaya çox faydalı olduğu sübut edilib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Azərtac
Son şərhlər