Bu gün Azərbaycan paytaxtı Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC)) üzrə Məşvərət Şurasının 9-cu iclası regionun çoxlu sayda yüksək vəzifəli rəsmisini bir araya gətirib. Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi ilə açdığı tədbirdə həmçinin Rumıniya Prezidenti Klaus Yohannis, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson, eləcə də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman çıxış ediblər.

Məşvərət Şurasının iclası ərəfəsində “Report” Laura Loxmandan eksklüziv müsahibə alıb. Müsahibə zamanı Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə münasibətdən, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıqdan və gələcək planlardan bəhs edib.

- Səfəriniz zamanı bir neçə görüş keçirmisiniz. Hansı danışıqlarınız olub, indiyədək hər hansı razılıq əldə olunubmu?

- Bu gün səhər Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Azərbaycanın regionun, daha böyük miqyasda isə Avropanın enerji təhlükəsizliyində buna qədər və hazırda oynadığı son dərəcə mühüm roldan danışdıq. Bərpa olunan enerji mənbələrinin və enerji keçidinin oynayacağı rol, eləcə də külək və günəşdən və potensial olaraq hidrogendən təkcə daxili bazar üçün deyil, həm də elektrik enerjisi və ya boru kəmərləri şəklində Avropaya ixrac oluna və onun daha geniş enerji təhlükəsizliyinə töhfə verə bilən resurslar haqqında müzakirələr apardıq.

- Bəs nazirlər səviyyəsində görüşlər?

- Energetika naziri və onun komandası ilə səmərəli müzakirələr apardıq, burada, ölkədə bəzi resursların işlənilməsi və maraqlı planlar, o cümlədən bərpa olunan enerji mənbələri barədə ətraflı danışdıq.

Azərbaycanda külək enerjisi üçün böyük potensial mövcuddur ki, bu da ölkə daxilində istifadə oluna bilər və müəyyən şərtlər daxilində təbii qazdan istifadəni qismən əvəz edə bilər, eyni zamanda ixrac oluna bilər. İndi Azərbaycandan elektrik enerjisini Gürcüstan vasitəsilə Qara dənizə çatdırmaq və Avropa ilə birləşmək və enerji təhlükəsizliyini yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi hədəflərinə doğru irəliləyiş etmək təklifi var.

- Enerji təhlükəsizliyini qeyd etdiniz. Mövcud enerji böhranını nəzərə alsaq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə görürsünüz? Bunda Cənub Qaz Dəhlizinin rolu nədən ibarətdir?

- Avropa qitəsi hazırda enerji böhranı yaşayır və bu, Rusiyanın Ukraynaya qarşı tamamilə qanunsuz və əsassız müharibəsi ilə təhrik edilib. Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın etibarsız mənbələrdir. Həm də hamımız enerji mənbələrimizi şaxələndirməliyik. Cənub Qaz Dəhlizi tarixən mühüm rol oynayıb, o, dövlət və özəl sektoru bir araya gətirən böyük layihə olub və indi biz onun faydaları ilə yanaşı, uğurlarını da görürük və onun gələcəkdə daha da genişlənəcəyinə ümid edirik.

- Bildiyiniz kimi, SGC layihəsinin icrası maliyyə problemləri və bəzi tərəflərin siyasi dəstəyinin olmaması, hətta layihəyə qarşı çıxması səbəbindən bir qədər ləngidi. ABŞ SGC-nin genişlənməsinə siyasi və ya maliyyə dəstəyi göstərmək istəyirmi?

- ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin reallaşdırılması təklifini çox dəstəkləyib. Hamımız ətraf mühiti daha az çirkləndirən yeni enerji mənbələrinə keçidin çox vacib olduğunu başa düşürük, amma eyni zamanda onu da anlayırıq ki, növbəti bir neçə il ərzində əvvəlki mənbələri, o cümlədən təbii qaz hazırkı enerji təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb etməyə davam edəcək. Buna görə də uğurlu olduğunu sübut edən mövcud infrastrukturdan - Cənub Qaz Dəhlizindən daha geniş istifadəni görmək yaxşı olardı.

- Sizcə, genişləndirilmiş SGC üçün əsas təbii qaz mənbələri hansı olacaq? Türkmənistan, İsrail, Misir, yaxud hansısa digər ölkələr?

- Hazırda, proqnozlara görə, əsas mənbə Azərbaycan olacaq. Azərbaycan Prezidenti və energetika naziri ilə görüşlərimiz bu ölkədə təbii qaz ehtiyatlarının işlənməsi üzrə həyata keçirilən layihələr haqqında danışdıq.

Bəli, ola bilər ki, regionun digər ölkələrindən, məsələn qeyd etdiyiniz Türkmənistandan təbii qaz Cənub Qaz Dəhlizinə cəlb olunsun. Bu həcmləri nəql etmək üçün əvvəlcə Cənub Qaz Dəhlizinin infrastrukturu genişləndirilməlidir. Vəziyyətə baxacağıq. Bundan başqa, digər regionlar da var. Məsələn, qeyd etdiyiniz kimi Aralıq dənizinin şərq hissəsində, İsraildə, Misirdə, potensial olaraq Kiprdə və Yunanıstanda layihələr həyata keçirilir. Onlar da öz tədarüklərini genişləndirirlər ki, bu da Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

- Türkmənistan nəhəng təbii qaz ehtiyatlarına malikdir, lakin hələ də qazı yalnız öz sərhədinədək tədarük edir. Azərbaycan Türkmənistan qazının Aİ-yə gələcəkdə nəqlinə töhvə verə bilərmi?

- Bildiyim qədərilə Azərbaycan və Türkmənistan, eləcə də Türkiyə arasında müzakirələr aparılır, o cümlədən üç dövlətin başçılarının dekabrın 14-də keçirilmiş sammitində bu məsələ müzakirə olunub. Buna görə də bu planların həyata keçirilməsi üçün hərəkətverici qüvvə məhz qeyd olunan dövlətlər olacaq.

Bizim yanaşmamız baxımından bu da məntiqli olardı. Türkmənistanda təbii qazdan çox istifadə olunur və əgər bu qaz həcmlərinn nəqli mümkün olsaydı, atmosferə metan qazı tullantılarının atılması azalar, regionun enerji təhlükəsizliyini yüksəltmək üçün tədarük həcmləri artardı.

- ABŞ və ya onun şirkətləri Azərbaycanın bərpa olunan enerji layihələrində və ölkənin tamamilə “yaşıllaşmaq” səylərində rol oynaya bilər?

- Əvvəla, mən Azərbaycanın bu istiqamətdə səylərini bir daha alqışlamaq istərdim. Hesab edirəm ki, hökumət, eləcə də yerli şirkətlər bərpa olunan enerjiyə sərmayə qoymaq istiqaməti tutub. Bu baxımdan, uzaqgörənlik və strateji baxış heyranlıq doğurur. ABŞ şirkətləri bu resurslardan istifadəni reallaşdırmaq üçün çox inkişaf etmiş texnologiyalara və strategiyalara malikdir ki, Qafqazın və Xəzər regionunun inkişaf etdirilməsində onlardan istifadə oluna bilər.

- Bəs siz bu şirkətlər tərəfindən maraq görürsünüzmü?

- Hesab edirəm ki, həm Avropa, həm Amerika, həm də Yaxın Şərq şirkətləri investisiya yatırılmasına maraq göstərir. Onlar əmin oldu ki, burada yaxşı investisiya və biznes mühiti var. Ölkə strateji cəhətdən əhəmiyyətli mövqeyə malikdir. Məncə, siz bərpa olunan enerji sektoruna əhəmiyyətli sərmayələrin yatırılmasının şahidi olacaqsınız.

- Külək və günəşin potensialından istifadə etməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması imkanlarını necə görürsünüz? ABŞ-dan bununla bağlı hər hansı dəstək gözləyə bilərikmi?

- Görüşümüz zamanı Prezident dedi ki, dənizdə külək enerjisinin potensialı nəhəngdir və 157 qiqavat təşkil edir. Buna quruda külək enerjisinin potensialı, o cümlədən azad edilmiş ərazilərin əhəmiyyətli külək potensialını əlavə etsəniz, demək olar ki, qeyri-məhdud potensialınız var. Bu da investorlar üçün çox cəlbedicidir.

- Sizcə, ABŞ bu planlarla bağlı Azərbaycanı dəstəkləməkdə maraqlı olardımı?

- Bəli, ABŞ hökumətinin nöqteyi-nəzərindən, biz tam razıyıq ki, bu resurslar nəhayət qalıq yanacaqları əvəz etmək və iqlim dəyişikliyi ilə bağlı məqsədlərimizə nail olmaq üçün maksimum səviyyədə inkişaf etdirilməlidir. Buna görə də Azərbaycanı çox dəstəkləyirik.

- Azərbaycan və ABŞ enerji sektorunda uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Ümumiyyətlə, bu tərəfdaşlığı necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bizim şirkətlər vasitəsilə ciddi əməkdaşlıq həyata keçirilib. Bu, belə də olmalıdır, çünki texnologiya istehsalçıları və layihə icraçıları var. Bundan sonra ABŞ hökuməti, maliyyə agentlikləri də bəzən onları dəstəkləyə bilər. Odur ki, bu məsələ hər zaman potensiala malikdir. Buraya xüsusən də bərpa olunan enerji layihələri daxildir. Daha sonra biz Avropa mənbələrini və beynəlxalq maliyyə institutlarının digər maliyyə mənbələrini də nəzərdən keçiririk. Biz hamımız həyata keçirilməsi mümkün olan kommersiya və bərpa olunan enerji layihələrini dəstəkləməyə sadiqik.

- Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasla bağlı gözləntiləriniz nədir?

- İlk öncə qeyd etmək istərdim ki, onların yeni “yaşıl dəhliz” ideyasını əlavə etməsi çox təqdirəlayiq haldır. Buna görə də şura üzvlərinin bu məsələni necə həyata keçirəcəkləri barədə fikirlərini eşitmək çox maraqlı olacaq. Potensial olaraq, bu, boru kəmərində hidrogen qarışığının miqdarının artması ilə əlaqədar ola bilər. Bəzən boru kəmərindəki təbii qazla birlikdə hidrogenin miqdarını təxminən 10 %-ə çatdırmaq mümkündür. Bilirəm ki, başqa ideyalar da olacaq və buna görə də onları eşitmək üçün səbirsizlənirik.

- Bəs əsas müzakirə mövzusu nə olacaq? Bu, boru kəmərinin genişləndirilməsi ilə bağlı olacaq?

- Biz boru kəmərinin genişləndirilməsindən də danışacağıq və bu məsələ tələbatdan asılıdır. Buna görə də indiki məqamda başa düşürəm ki, onlar əlavə təbii qaza olan tələbatın nə qədər böyük olduğunu nəzərə alırlar. Daha sonra biz bu tələbatı ödəmək üçün planlar hazırlayacağıq.

- Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bu yaxınlarda bildirmişdi ki, Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edərək Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi verməyi planlaşdırır. ABŞ bu istiqamətdə oxşar addım atmağı planlaşdırırmı?

- ABŞ-ın da bu layihələrdən bəzilərini dəstəkləyə biləcək Avropa maliyyə institutu olan EBRD-də payı var. Biz hamımız bərpa olunan enerjiyə keçidi stimullaşdırmağa və dəstəkləməyə çalışırıq.

Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.

O, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə edib və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırıb.

K.Simson vurğulayıb ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir.

Energetika məsələləri üzrə komissar bildirib ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

"Rusiyada danışıqlarla bağlı siyasi iradə yoxdur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

Onun sözlərinə görə, Aİ Ukraynadakı durumla bağlı danışıqlara hazırdır: “Lakin Rusiya hələ bunda maraq görünmür”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqləyi “Qaz təchizatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib. Belə ki, bu, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş ediləcək.

"Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik".

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Prezidentin sözlərinə görə, bu gün biz Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır.

Dövlət başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib:

"İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik".

"Cənub Qaz Dəhlizi özünün strateji əhəmiyyətini doğrultdu və Azərbaycan qazı Avropaya çatdırıldı".

"Report" xəbər verir ki, bu sözləri Rumıniyanın enerji naziri Virgil Daniel Popesku deyib. O bildirib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu sübuta yetirib və buna görə də Rumıniya enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla yaxından əməkdaşlıq edir. Rumıniya Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrini artırmaq niyyətindədir.

"Ötən ilin iyununda Avropa İttifaqı ilə Azərbaycan arasında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji xarakter daşıyan Memorandum imzalandı. Bu sənəd Azərbaycandan ixrac olunan qazın həcminin artırılmasını nəzərdə tutur. Buna əsasən Rumıniya təbii qaz artan tələbatını nəzərə alaraq Azərbaycandan ixrac olunan qazı almaqda maraqlıdır. Rumıniya Azərbaycandan daxil olan qazı digər iki Avropa ölkəsinə də ötürəcək və bunun üçün infrastruktura malikdir və Trans-Balkan kəmərinin tikintisində böyük rol oynayıb", - deyə nazir qeyd edib.

O diqqətə çatdırıb ki, Ruminiya Azərbaycana etibar edərək addımlar atdı və doğurdan da Azərbaycanın etibarlı tərəfdaşlığına əmin oldu.

"Biz nəinki qaz hasilatını və ixracını artırırıq, onun coğrafiyasını da genişləndiririk".

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

"Bizim təbii qaz ixracımız artır. İxracımız 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu göstərir ki, Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumu uğurla həyata keçirilir. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”, - dövlət başçısı bildirib.

“Qarşıdakı 6 ay Rusiyanın Ukraynaya qarşı müharibəsinin yekun nəticəsini müəyyən etmək üçün həlledici olacaq”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlar barədə düşünmür: “Qarşıdakı yarım il döyüş meydanında nəticələrlə yadda qalacaq”.

Qeyd edək ki. U.Börns bu ilin yanvar ayında Kiyevə gizli səfər edib.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov söyləmişdi ki, qarşıdakı 1-2 ay müharibənin taleyi üçün həlledici olacaq.

“Rusiya ilə NATO arasında toqquşma çox dəhşətli olar. Berlin bunun baş verməməsi üçün çalışır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.

O bildirib ki, Ukraynadakı müharibə Rusiyanın çoxdan planlaşdırdığı hərbi ekskalasiya idi:

“Kiyev və Brüssel arasındakı təmaslar Rusiya Prezidenti Vladimir Putin üçün sadəcə bəhanə olub”.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında savaş ötən il fevralın 24-də başlayıb.

Füzuli şəhərində inşa edilən yeni rəqəmsal idarəetmə mərkəzinin yaxınlığında elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq.

"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.

A.Məmmədzadənin sözlərinə görə, təmsil etdiyi qurum bütün yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzlərində bu növ dolum mərkəzlərini yerləşdirəcək:

"Rəqəmsal idarəetmə mərkəzləri vasitəsi ilə elektrik enerjisi təchizatı prosesini abonentin sayğacına qədər nəzarətdə saxlaya bilirik. Artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada da bu işləri asanlıqla həyata keçirə bilirik".

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb.

Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən, 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub", - məlumatda qeyd edilib.

Araşdırmalar davam etdirilir.

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report"un əldə etdiyi məlumata görə, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıb.

Əvəzində yeni transferlərdən Redon Cica, Adama Diakabi, Yassin Benzia və "Qarabağ-2"nin qapıçısı Ayhan Arazlı sifariş olunub.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.

Naftalan şəhərində yerləşən otellərin birində müştəri otağında dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, otel otağında dünyasını dəyişən 1951-ci il təvəllüdlü C.Əliyevdir.

Bir neçə gündür sanatoriyada olan C.Əliyevin qəflətən halı pisləşib və ilkin ehtimala görə ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

“Pekin qarşıdakı onilliklərdə Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Corctaun Universitetində keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Çin ABŞ-ın onilliklər ərzində üzləşdiyi ən böyük geosiyasi problem və Mərkəzi Kəşfiyyat İdarəsi üçün ən böyük prioritet olaraq qalır”.

Uilyam Berns yeni texnologiyalar sahəsini ABŞ və Çin arasında rəqabətin əsas arenası və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin gələcəyini müəyyən edən əsas amil adlandırıb.

Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Nuriyev Məftun Məzahir oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

ABŞ dövlət katibi fevralın 5-6-da Çin nümayəndələri ilə Ukraynadakı müharibəni müzakirə edəcək.

Beləliklə, Blinken son beş ildə Çin rəhbəri ilə görüşən ilk ABŞ dövlət katibi ola bilər.

ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

Böyük Britaniyanın “British Airways” aviaşirkəti aprelin 23-dən Çinin materik hissəsinə uçuşları bərpa edəcəyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“İkiillik fasilədən sonra “British Airways” Böyük Britaniya ilə Çinin materik hissəsi arasında uçuşları bərpa edəcəyini açıqlayır. Aprelin 23-dən Şanxaya, iyunun 3-dən isə Pekinə uçuşlar üçün biletlər bu gündən satışa çıxarılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, “British Airways” 1980-ci ildən Çinə uçuşlara başlayıb və pandemiya başlayana qədər reyslər fasiləsiz davam edib.

Kiyev şəhər Peçerski rayon məhkəməsi Ukrayna müdafiə nazirinin sabiq müavini, şişirdilmiş qiymətlərlə məhsulların və keyfiyyətsiz sursatların alınmasında əli olmaqda şübhəli bilinən Vyaçeslav Şapovalovu 402,6 milyon qriven girov ödənişi alternativi ilə həbs edib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Peçerski Məhkəməsi keçmiş müdafiə naziri müavininin 402 milyon 600 min qriven alternativ girovla 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb”, - agentliyin həmsöhbəti bildirib.

Ukrayna Dövlət Tədqiqat Bürosunun (DTB) əməkdaşları fevralın 1-də şübhələr barədə Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan müdafiə nazirinin bir müddət əvvəl vəzifəsindən azad edilmiş müavininə məlumat veriblər.

“O, şişirdilmiş qiymətlərlə hərbçilər üçün məhsulların tədarükünü, habelə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ümumi dəyəri 1 milyard qrivendən çox olan aşağı keyfiyyətli gülləkeçirməz jiletlər, dəbilqələr, geyimlər və digər əşyaların alınmasını həyata keçirib”, - DTB-dən bildirilib.

Bərdə ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, qəza zamanı xəsarət alanlar Bərdə müalicə mərkəzinə yerləşdirilib.

Həkimlərin cəhdinə baxmayaraq, yaralılardan biri dünyasını dəyişib.

18:47

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Ukraynaya 500 milyon avro ayrıldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, tvitter səhifəsində yazıb.

"Bu gün Aİ Şurası Avropa Sülh Fondu (APF) vasitəsilə 500 milyon avroluq yeddinci paketi və Aİ-nin hərbi yardım missiyasına əlavə 45 milyon avro ayırıb. Mən təhlükəsizlik sahəsində həyati əhəmiyyətli yardıma görə Avropa İttifaqına minnətdaram. Bu, bizi işğalçı Rusiyanın məğlubiyyətinə daha da yaxınlaşdırır”, - paylaşımda deyilir.

PSJ-nin futbolçusu Kilian Mbappe Fransada Almaniya "Bavariya"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1-in XXI turunda "Monpelye" ilə matçda dizindən zədələnən 25 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.