Heç limon qabığının çayını dəmləmisiniz?
Turkustan.az saglamolun.az-a istinadən bildirir ki, limon qabığından hazırlanan çay həm ləzzətli, həm də şəfaverici xüsusiyyətlərə malikdir. Turş dada malik limon qabığı çayı bir çox ölkələrdə müalicəvi məqsədlərlə istifadə edilir.
Limon qabığı çayı qaz problemini aradan qaldırır. Odur ki, ağır yemək yedikdən sonra qaz yaranıbsa, bu çaydan dəmləyib için. Bu təbii müalicə üsulu qaraciyərə də müsbət təsir göstərir, iltihabı azaldıb metabolizmin fəaliyyətini yaxşıladırır.
Limon qabığı çayı qandakı qələvi səviyyəsini normaya salır, damarları təmizləyir.
Limon çayından mütəmadi olaraq istifadə immuniteti də gücləndirir. Soyuqdəymə və qripi sağaldır. Odur ki, limon qabığının çayı payız aylarında qirpdən qorunmaq üçün ən sərfəli bitkidir.
Antiseptiktdir.
Ağız qoxusunun yaranmasının qarşısını alır.
Dərinin həddən artıq yağlanmasına imkan vermir.
Limon qabığı çayı arıqlamağa da kömək edir. Toksinləri xaric etdiyi üçün metabolizmi aktivləşdirir və yağları yandırır. Həmçinin xolesterini səviyyəsini aşağı salır.
Ətraflı
Ad - 00:42
Son olaraq qastrit sorununuz varsa, limon qabığından içmək məsləhət görülmür.
Ərzaqlar:
- Bir litr su
- İki ədəd limon qabığı
- Bir limonun suyu
- 4 xörək qaşığı bal (80 qram)
Hazırlanması:
Bir litr suyu qaynadın. Su isinəndə iki limonun qabıqlarını suya atın. Qaynadıqdan sonra limon suyunu da əlavə edin. Bu suyu 20 dəqiqə qaynatdıqdan sonra bal əlavə edib 10 dəqiqə gözləyin. Suyu şüşə bankaya töküb qaranlıq yerdə saxlayın.
Limon qabığı çayını biri səhər acqarına, digəri isə günorta yeməyindən əvvəl olmaqla gündə 2 stəkan acqarına içsəniz, daha yaxşı təsir göstərəcək. Yeməyi isə çayı içdikdən yarım saat sonra yeyin. Bu müalicəüsulunu 2 gündən bir tətbiq edin. Sadəcə immun sistemini gücləndirmək və həzm sitemini yaxşılaşdırmaq üçün gündə bir stəkan içmək yetərlidir.
Həmçinin portağal qabığı çayı da faydalı xassələrə malikdir. Hazırlanma qaydası limonla eynidir, ancaq onun içinə 15 qram toz darçın və bir neçə buz qəlibləri atmaq tövsiyə edilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта