Antalyaya səfər etmək üçün "Anadolu JET"dən bilet alan yüzə yaxın sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda çətin anlar yaşayıblar.
Bununla bağlı Oxu.Az-a onlardan biri məlumat verib.
Qeyd olunub ki, əvvəlcə sərnişinlər təyyarəyə minsələr də, sonradan onları düşürüblər.
"Səbəb kimi təyyarədə problem yarandığını göstərdilər. Başqa heç bir məlumat vermədilər. Nəticədə yüz nəfərə yaxın insan aeroportda qalmışıq. Dəqiq heç bir rəsmi məlumat verilmir. Yalnız saat 11:46-da bizə mesaj göndərilib ki, uçuş gecə saat 23:00-a təyin olunub", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı "Anadolu JET"dən münasibət öyrənmək mümkün olmadı.
Əzizə İsmayılova
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az