RU

Ayaz Hüseynov: "Məqsədim sakinlərin sağlamlığının qorunmasına və onların sosial rifahının yaxşılaşmasına nail olmaqdır" MÜSAHİBƏ » AzadMedia.az


AZADMEDİA.AZ 60 SAYLI QUBA-QUSAR SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD AYAZ HÜSEYNOVUN MÜSAHİBƏSİNİ TƏQDİM EDİR



Hüseynov Ayaz Azər oğlu: Tərcümeyi-Hal

Ayaz Hüseynov Azər oğlu 20 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali Hüquq və Tibb təhsili var.
2011-2019-cu illər ərzində, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru vəzifəsini icra etmişdir.
2 fevral 2017-ci ildən etibarən Pasiyent Təşkilatları İttifaqının sədri seçilmişdir.
27may 2017-ci ildən, Əlil Təşkilatları İttifaqının vitse prezidenti vəzifəsinə təyin edilmişdir.
2018-ci ildə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini seçilmişdir.
31 yanvar 2020-ci ildə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (Hemofiliyalı Xəstələr İB) sədri vəzifəsinə seçilmişdir.
25 noyabr 2021-ci ildə, TƏBİB nəzdnində Etik Komissiyanın üzvü təyin edilmişdir.


Ayaz müəllim, bilirik ki, Siz Bakı şəhərində doğulmusunuz, böyüyüb, başa çatmısınız. Nədən məhs Azərbaycanın şimal bölgəsi, Quba-Qusar dairəsini seçdiniz?

20 ilə yaxındır ki, valideyinlərim Qubanın kəndində yaşayırlar.
Qızım 2011-ci ildə Qubada, anadan olub. Bir çox məqamlar var ki, məni bu ərazi ilə birləşdirir.

Hansı konkret məsələləri qarşınıza hədəf kimi qoymusunuz?
Hədəfə qoyduğunuz əsas məqamları təsvir edin.


Məqsədim, sakinlərin sağlamlığının qorunmasına və onların sosial rifahının yaxşılaşmasına nail olmaqdır.

Qarşıma qoyduğum proqram, müasir nəslin aktual problemlərinə toxunur.
Məsələn:

1. Kəndlərdə tibbi məntəqələrin təmiri və tibbi avadanlıqlarla təchizatlanması. Hər kəndə minimum iki tibb işçisinin ayrılması. (həkim və tibb bacısı)
2. Məişət tullantılarının atılması üçün kəndlərdə xüsusi yerlərin ayrılması.
3. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kənd klublarının və kitabxanaların təmirinə və bərpasına nail olmaq.
4. Məktəblərin təmiri və ən əsası istilik sisteminin quraşdırılması.
5. Təlim və tərbiyə üçün uşaq baxçalarının yaradılması.

Düşünürəm ki, növbəti 5 il üçün görülən işlər vətəndaşların sosial durumuna və ən əsası sağlamlıqlarına çox müsbət təsir edəcək.

Siz deputatlığa namizədliyinizi verərək nədən ilhamlandınız?

Mən ictimai işlərə, xeyriyyəçiliyə dəyər verən ailədə böyümüşəm və yaşa dolduqca dövlətimizə dəstək olaraq vətəndaşlarımızın rifahının yaxşılaşması üçün bir çox nailiyyətlər əldə etmişəm.
Belə ki, Azərbaycanın müxtəlif regionlarında qan xəstəliyi üzrə çoxprofilli müalicənin keyfiyyətinə, həkimlərin təkmilləşməsinə və beynəlxalq əlaqələrin sıx olması nəticəsində müasir müalicənin Azərbaycanda tətbiqində böyük nailiyyətlər əldə etmişəm.
Namizədliyimi irəli sürməklə, cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək, görüləcək işlərdən vətəndaşların faydalanması, sağlam həyat və sosial rifahın yaxşılaşmasıdır.

Seçicilərinizlə necə ünsiyyət qurmağı və onların problemlərini həll etməyi planlaşdırırsınız?

Mənim, Millət vəkili kimi əsas prioritetim seçicilərimlə əlaqə saxlamaq və onların ehtiyaclarını anlamaqdır. Mən aidiyyəti dövlət qurumları ilə mütəmadi olaraq görüşlər keçirməyi planlaşdırıram ki, sakinlərin problemlərini bir başa dövlət qurumlarına çatdıra bilim. Bundan əlavə mən onlayn mövcudluğu yaradacağam ki, burada seçicilər işimi izləyərək, rəy bildirə bilsinlər. Mən həmçinin dairəyə aid olan kəndlərdə yaşayan vətəndaşların üzləşdiyi problemləri ilə daha yaxından tanış olmaq və həlli yollarını tapmaq üçün birlikdə işləyərək, icma liderləri (ağsaqqallarla) ilə müntəzəm görüşməyi planlaşdırıram.

Məqsədlərinizə çatmaq üçün dövlət qurumları ilə necə işləməyi planlaşdırırsınız?

Hesab edirəm ki, məqsədlərimizə çatmaq üçün dövlət qurumları arasında sistemli iş vacibdir. Mən bir Millət vəkili kimi çalışacağam ki, müxtəlif sahələr üzrə dövlət qurumları ilə sıx əlaqələr yaradım və vətəndaşların rifahının yaxşılaşmasına yönəlmiş ümumi məqsədlərə çatmaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər hazırlayıb, birgə fəaliyyət göstərim.

Bilirik ki, 2010-cu ildən vətəndaş cəmiyyətinin ön sıralarında olan ictimai birliyin rəhbər vəzifəsində çalışırsız. Bu illər ərzində fəaliyyətinizdə əsas məqamlara toxunmağı xahiş edirəm.

İş fəaliyyətimdə sədr olduğum ictimai birlik və dövlət səhiyyə qurumları ilə birgə çalışaraq Azərbaycanın şəhər və rayonlarında, eləcədə Naxçıvan Muxtar Respublikasında həkimlərin təkmilləşdirilməsi, pasiyentlərin xəstəlikləri barədə məlumatlandırılması, diaqnostik laboratoriya, fizioterapevtik müalicə və stomatoloji xidmətlərin müasir avadanlıqlarla təchizatı və təkmilləşdirilməsi təmin edilmişdir.
2017-ci ildə ölkədə fəaliyyət göstərən, müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış pasiyent təşkilatlarını bir araya gətirərək, Pasiyent Təşkilatları İttifaqının yaradılmasının təşəbbüskarı və İttifaqın sədri vəzifəsində çalışıram.

Parlamentdə seçicilərinizin ehtiyac və maraqlarını necə müdafiə etməyi planlaşdırırsınız?

Millət vəkili kimi, mənim birinci vəzifəm seçicilərimin ehtiyac və maraqlarını qorumaq olacaq. Mən əhalinin üzləşdiyi problemləri daha yaxından bilmək üçün icma liderləri ilə sıx əməkdaşlıq edərək, parlamentdəki platformamdan seçicilərimin vəkilliyini etmək əsas məqsədlərimdən biridir. Mən həmçinin digər Parlament üzvləri ilə əlaqələr qurmaq və cəmiyyətimiz üçün vacib olan məsələləri prioritet olaraq gündəmdə saxlamağı planlaşdırıram.


Seçicilərinizə başqa nə deyəcəksiniz?

Seçicilərimə deyəcəyim odur ki, mən illərdir dövlətimlə çiyin çiyinə vətəndaşların sağlamlıqlarına qovuşmaları üçün çalışmışam.
Milliət vəkili olduğum təqdirdə daha çox iş görə bilərəm deyə, bu addımı atdım və seçicilərimdən dəstək gözləyirəm. Bu arada bütün namizədlərə uğurlar arzu edirəm və seçkilərin nəticəsindən asılı olmayaraq dövlətimizə və vətəndaşlarımıza xeyirli və uğurlu olmasını diləyirəm.
Избранный
77
2
azadmedia.az

3Источники