RU

Mənimsəmədə ittiham olunan sabiq direktor Ali Məhkəməyə üz tutdu

Şəki Rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamov Ali Məhkəməyə kassasiya şikayəti verib.RegionXəbərləricom.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.Elçin Salamov 2020-ci ildə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham aktına görə, Elçin Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki Rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyərkən quruma ayrılmış pulları mənimsəyib. Sayt yaratmaqCinayət işinin məhkəmə istintaqı Şəki Rayon Məhkəməsində aparılıb. Məhkəmə Elçin Salamovu təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edib.Elçin Salamov hökmdən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.Bu iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkən qismində tanınıb.














Paylaş:

Избранный
106
regionxeberlericom.az

1Источники