RU

Azərbaycanın dövriyyədə ümumi dəyəri 1 milyard dollardan çox olan avrobondları var

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 25,9 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə, 1 milyard 76,6 milyon ABŞ dollarının (kupon ödənişləri 3,5 %) isə ödəniş müddəti 2032-ci ildə başa çatacaq.

Fuad Mədətov
Fins.az

Избранный
59
5
fins.az

6Источники