RU

Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib

“Təbiətə Yaxın Bankçılıq” şüarı ilə təbiətə və onun qorunmasına töhfə verən Bank of Baku  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər sahillərinin tullantılardan təmizlənməsi aksiyasını həyata keçirib.

Xəzərin Bilgəh sahilində Bank of Baku-nun əməkdaşları və ekokönüllülərin iştirak etdiyi layihədə 500 kq-dan çox plastik və digər məişət  tullantıları toplanıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Xəzərin sahil ərazilərini tullantılardan təmizləmək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdır.

Bank eyni zamanda COP29 ərəfəsində “Yaşıl dünya naminə həmrəy olaq” şüarını əsas götürərək ekoloji yönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır.

30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
162
12
banco.az

10Источники