İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin dörd əyalətində İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) kimi tanınan terror qruplaşmasının 14 üzvünün saxlanıldığını açıqlayıb.
Milli.Az bildirir ki, bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, İŞİD-Xorasan terror qruplaşmasının 7 üzvü Fars əyalətində, digər 7 üzvü isə Tehran, Əlborz və Xuzistan əyalətlərində ələ keçirilib.
Qeyd olunub ki, həbs olunan terrorçular son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədilə qanunsuz şəkildə İrana daxil olublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun