Müdafiə Nazirliyi botinkaların satın alınması ilə bağlı iki tenderə yekun vurdu.
Dövlət qurumu ayaqqabı və çantalar alır - SİYAHI - TENDER ELANI
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “ME.GA.AN” MMC olub.
Belə ki, şirkət nazirliyə 2 684 500 manata 35 000 cüt qışlıq uzunboğaz botinkalar, 3 540 000 manata isə 60 000 cüt yazlıq uzunboğaz botinkalar satıb.
Ümumilikdə Müdafiə Nazirliyi və “ME.GA.AN” MMC arasında 6 224 500 manat dəyərində müqavilələr imzalanıb.