RU

"Dedi ki, "Ətağa" sənin atandan yaxşı kişidir" - İş yoldaşının qətlində təqsirləndirilən şəxs

"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona edilən ittihamla özünü qismən təqsirli bilib.

Daha sonra ifadə verən Elşən Məmmədov mərhumu qətlə yetirmək fikrində olmadığını bildirib: "Mən onun yanına içkili vəziyyətdə getməmişəm. Biz əvvəldən içki içmişdik. Mənə dedi ki, gedək bir butulka da içək. Mən imtina etdim. Lakin o mənə dedi ki, "sən "Ətağa", gəl, bir butulka da içək". Mən də dedim ki, "Ətağa" kimdir? Mən onu tanımıram. Dedi ki, "Ətağa" sənin atandan yaxşı kişidir. Dedim ki, ayıb deyilmi, rəhmətlik atamın söyürsən?. O isə "Sizin nəsildə düz-əməlli kişi yoxdur" dedi. Bu da mənə çox təsir etdi və bıçağı evdən götürüb bu cinayəti törətdim. Hadisəni törədib qaçmamışam, özüm polisə təslim olmuşam. Ona bir bıçaq zərbəsi vurduğumu xatırlayıram. Hadisənin şokunu yaşamışam. Mübahisəmiz zamanı heç kim yox idi, mən onu vurub evə gedəndən sonra camaat gəlib".

Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Salamzadə isə təqsirləndirilən şəxsin yanlış ifadə verdiyini deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib. Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
96
e-huquq.az

1Источники