İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib bu gün “Camaran” saytına müsahibəsində HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində casusların rolunun olub-olumaması barədə sualı cavablandırıb.
Referans.az xəbər verir ki, nazir Haniyənin və onun mühafizəçilərindən birinin Tehranda qətlini şərh edib və suala belə cavab verib:
“SEPAH-ın məlumatına görə, Haniyənin öldürülməsində casusların rolu tapılmayıb. Aparılan araşdırmalara əsasən, HƏMAS lideri 7 kiloqram döyüş başlığına malik qısamənzilli mərmi ilə öldürülüb”. Musavat.com