RU

"Telegram"ın təsisçisi Fransada saxlanılıb - 20 il həbs gözləyir

Telegram messencerinin həmtəsisçisi Pavel Durov Fransada saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

Məlumata görə, Durov avqustun 24-də yerli vaxtla saat 20:00 radələrində Le Burje hava limanında saxlanılıb.

İş adamı Azərbaycandan Fransaya gəlib. Onun yanında bir qadın və mühafizəçi olub.

2021-ci ilin noyabrında Fransanın rəsmi jurnalı Journal Officiel Durovun həmin ilin avqustunda respublika vətəndaşlığını aldığını yazıb.

TF1 telekanalı xəbər verir ki, hüquq-mühafizə orqanları Durovu narkotik ticarəti, uşaqlara qarşı cinayətlər və Telegram-da kifayət qədər moderasiya olmaması, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina, eləcə də messencerdə kriptovalyuta göndərmək imkanlarına görə dələduzluqda şərik hesab edir.

TF1-ə görə, Durov müxtəlif cinayətlər, o cümlədən terrorizm, narkotik ticarəti, fırıldaqçılıq, çirkli pulların yuyulması və uşaq pornoqrafiyası ilə bağlı ittihamlarla üzləşə bilər.

TF1 xəbər verir ki, Telegram-ın həmtəsisçisi həbs edilib. Bu ittihamlar sübuta ytirilərsə Durovu 20 ilədək həbs cəzası gözləyir. 

Избранный
100
36
ucnoqta.az

10Источники