İngiltərə Premyer Liqasında 2-ci tura start verilib.
QOL.az xəbər verir ki, son çempion “Mançester Siti” evdə debütant “İpsviç”ə qalib gəlib.
“Arsenal” “Aston Villa”nı, “Tottenhem” “Everton”u, "Brayton" isə "Mançester Yunayted"i məğlub edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 6 xalla "Mançester Siti" liderlik edir. Eyni xalı olan "Brayton" 2-ci, "Arsenal" isə 3-cüdür.
İngiltərə Premyer Liqası, 2-ci tur
24 avqust
"Brayton" – "Mançester Yunayted" - 2:1
Qollar: D.Uelbek, 32, J.Pedro, 90+5 – A.Diallo, 60
"Kristal Pelas" – "Vest Hem" - 0:2
Qollar: T.Souçek, 67, C.Bouen, 72
"Fulhem" – "Lester" - 2:1
Qollar: E.Smit-Rou, 18, A.Ayvobi, 70 – V.Faes, 38
"Mançester Siti" – "İpsviç" - 4:1
Qollar: E.Haaland, 12-pen; 14, 88, K.De Bruyne, 16 – S.Şmodiç, 7
"Sauthempton" – "Nottingem Forest" - 0:1
Qol: M.Gibbs-Uayt, 70
"Tottenhem" – "Everton" - 4:0
Qollar: Y.Bissuma, 14, Son, 25, 77, K.Romero, 71
"Aston Villa" – "Arsenal" - 0:2
Qollar: L.Trossar, 67, T.Partey, 77