RU

Almaniyadakı qətliamı suriyalı həyata keçirib

Almaniyanın Solingen şəhərində şəhər festivalında 3 nəfərin öldüyü qətliamı 26 yaşlı suriyalı törədib.

Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

O, saxlanılıb. Düsseldorf polisi bildirib ki, şübhəli şəxs təslim olub və cinayətini etiraf edib.


İslam Dövləti qrupu suriyalının onun adından hərəkət etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməyib.

Şübhəli şəxs Solingendə qaçqınlar evində yaşayırmış. Kişi 2022-ci ilin sonunda Almaniyaya köçüb və sığınacaq istəyib.

"Şübhəlinin həbsi gələn ay Türingiya, Saksoniya və Brandenburqda keçiriləcək üç ştat seçkiləri ərəfəsində qorxuları gücləndirmək təhlükəsi yaradır ki, Almaniya üçün anti-immiqrant ifrat sağçı Alternativ partiyasının qalib gələcəyi ehtimal olunur" Reuters yazır.

Nigar

 

Избранный
59
12
oxu24.com

10Источники