RU

Durovun həbs müddəti uzadıldı

Fransada məhkəmə teleqramın həmtəsisçisi Pavel Durovun saxlanma müddətini uzadıb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.

Bildirilir ki, dindirilmə üçün ilkin saxlanılma müddəti 96 saata qədər uzadıla bilər.

Bunun ardınca hakimlər Durovu ya sərbəst buraxa, ya da ona qarşı ittiham irəli sürərək həbs edə bilər.

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Избранный
121
10
editor.az

10Источники