Rusiyanın Ukraynaya hava zərbələri zamanı Polşanın hava məkanı pozulub.
APA xəbər verir ki, bu barədə Polşa ordusunun açıqlamasında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ukraynaya endirdiyi ölümcül zərbələrdən sonra Polşanın hava məkanı, ehtimal ki, pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulub.
***
11:05
Rusiyanın Ukraynanı kütləvi raket və dron atəşinə tutması fonunda Polşa aviasiyası havaya qalxıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, hərbi aviasiya ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirməyə başlayıb.