RU

Nazir Məhkəmə Ekspertizası Mərkəzinə rəis təyin edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.

Bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib. O, həmçinin yeni yaradılan Məhkəmə Ekspertizası Şurasının katibi olub.

E.Albəndov bu təyinatadək Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elşən Albəndov 22 il prokurorluq orqanlarında çalışıb. O, əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib. Onun prokurorluqda sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.

Избранный
62
5
herbiand.az

10Источники