RU

Ermənistanın keçmiş nazirinin həbs müddəti azaldıldı

İrəvan məhkəməsi Respublika Partiyasının (2018-ci ilə qədər hakimiyyətdə olan - red.) sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın həbs müddətini azaldıb və onun sentyabrın 15-dək həbsdə saxlanmasına qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə keçmiş nazirin vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə məlumat verib.

Müdafiə tərəfi daha əvvəl 3 aylıq həbs-qətimkan tədbiri ilə bağlı iyulun 11-də çıxarılan qərardan müvafiq apellyasiya şikayəti verib.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi isə müddəti bir ay azaldaraq onu təmin edib.

Xatırladaq ki, Aşotyan 2023-cü ilin iyun ayından həbsdədir. Siyasətçi İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetin təxminən 100 min dollar məbləğində əmlakını mənimsəməkdə ittiham olunurlar.

Избранный
313
37
unikal.az

10Источники