Bakı. Trend:
Baş nazir axtarışında olan Emmanuel. Makron bu gün MilliAssambleyanın sədri Yael Braun-Pive ilə danışıqlardan sonra MilliBirlik (RN) partiyasının rəhbərləri ilə görüşüb.
Trend xəbər verir ki, E.Makron avqustun 26-da Milli Birlikfraksiyasının rəhbəri Marin Le Pen və gələcək hökumətlə bağlıstrategiyaları barədə indiyədək təmkinli olan partiya rəhbəriJordan Bardellanı qəbul edib.
Görüşdən sonra onlar bildiriblər ki, RN partiyası solçu YeniXalq Cəbhəsi (NFP) hökumətinin təyinatını bloklayacaq.
RN rəhbərlərindən sonra onların müttəfiqi E. Çiotti ilə də görüşolub. Günün sonuna doğru isə Senatın sədri Jerar Larşe iləməsləhətləşmə keçiriləcək.
E. Makron solçularla artıq ötən həftə görüşmüşdü. Görüşdən sonrasolçular onların namizədi Lüsi Kastetsin namizədliyinə heç bir maneolmadığını bildirmişdilər.
Bu gün axşam Fransanın yeni Baş nazirinin təyinatı gözlənilir.Fransa siyasətçiləri NFP partiyasının son dərəcə sosialist yönümlüproqramının problem olduğunu bildirirlər. NFP proqramının ölkə üçüntəhlükə doğurduğu vurğulanır.