2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837,895 milyon ABŞ dolları təşkil edib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin 9.2% və ya 490.3 milyon ABŞ dolları artdığı göstərilir.
Hesabat dövründə Azərbaycandan BRICS ölkələrinə ixrac 1 milyard 283,071 milyon ABŞ dolları, bu ölkələrdən Azərbaycana idxal isə 4 milyard 554,824 milyon ABŞ dolları olub. BRICS ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21.7%-ni təşkil edib.
Xatırladaq ki, BRICS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2010-cu ildə isə Cənubi Afrika da bu qrupa qoşulub. 2024-cü ildə Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.
Fuad Mədətov
Fins.az