İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki Cenin və Tulkərm şəhərlərində “terrorla mübarizə” əməliyyatına başlayıb.
Bundan bir qədər əvvəl Fələstin Səhiyyə Nazirliyi İsrailin Cenin bölgəsinə hücumu nəticəsində iki fələstinlinin öldüyünü bildirmişdi. “Əl-Cəzirə”nin departamentə istinadən yazdığı kimi, İsrailin avqustun 27-də İordan çayının qərb sahilinə endirdiyi zərbə nəticəsində 25 və 39 yaşlı kişilər həlak olub. Daha iki nəfər yaralanıb.
Bu həftə İsrail İordan çayının qərb sahilinə də hava hücumu təşkil edib. Fələstin tərəfi 5 nəfərin öldüyünü bildirib.
//Samir Qurbanov, Editor.az