Özbəkistan və ABŞ hakimiyyəti 2021-ci ilin avqustunda əfqan hərbçilərinin Özbəkistan ərazisinə göndərdiyi Amerika hərbi təyyarələri və helikopterlərinin taleyi ilə bağlı razılığa gəliblər. Bu barədə ABŞ-ın Daşkənddəki səfiri Conatan Henik bildirib.
Onun sözlərini Özbəkistan mətbuatı sitat gətirib: “Bunlar Özbəkistanda qalacaq, bu, artıq rəsmidir”, - səfir bildirib. Onun sözlərinə görə, tərəflər artıq bununla bağlı birgə proqram həyata keçirirlər.
Henik əlavə edib ki, bu texnika heç vaxt Əfqanıstanın olmayıb: “Onlar (Əfqanıstan ordusu) onlardan yalnız istifadə edib, lakin sahibi həmişə biz olmuşuq”.
Bundan əvvəl Özbəkistan KİV yazmışdı ki, ABŞ-nin “Sierra Nevada” korporasiyası Taliban hakimiyyətə gələrkən hərbçilərin sərhədi pozaraq Özbəkistanda daşıdığı altı ədəd “Pilatus PC-12” təyyarəsini təmir edəcək.
2022-ci ilin sentyabrında “Politiko” yazmışdı ki, ABŞ Əfqanıstanda terrorrizmə qaşı mübarizədə kömək müqabilində Özbəkistan və Tacikistana 50 hərbi təyyarə və vertolyot verə bilər. 2021-ci ilin avqustunda Taliban hakimiyyətə gələrkən Özbəkistanın hava məkanını pozaraq ölkəyə 22 hərbi təyyarə və 24 vertolyot gətirilmişdi.
P.ƏMİRCANOV
XQ