RU

Beynəlxalq ekspert: Parlament seçkiləri Azərbaycanda demokratiyanın daha da güclənməsinə rəvac verəcək

Beynəlxalq

Bakı, 28 avqust, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə iki ay qalmış ev sahibi olan Azərbaycanda parlament seçkilərinin təşkili ölkədəki mövcud demokratiya ilə bağlı dünya ictimaiyyətində müsbət rəy formalaşdıracaq. Düşünürəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratiyanın daha da güclənməsinə rəvac verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında pakistanlı ekspert, YFK beyin mərkəzinin icraçı direktoru Zaman Bacva deyib.

Z.Bacva bildirib ki, dövləti və xalqı idarə etmək üçün öz nümayəndələrini seçən hər bir ölkənin demokratik inkişafı baxımından seçkilər çox vacibdir. Bu, ölkədə demokratiyanın möhkəmlənməsi üçün çox müsbət addımdır.

“Bu seçkilər həm də ona görə tarixidir ki, bu, Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri olacaq. Vətəndaşlar doğma torpaqları işğaldan azad edildikdən sonra orada seçki prosesində iştirak edəcəklər. Bu, çox qürurvericidir.

Azərbaycan Pakistanın qardaşı və strateji tərəfdaşıdır. Dost və qardaş olaraq Azərbaycan xalqına sentyabrın 1-nə təyin edilmiş Milli Məclisinə növbədənkənar parlament seçkilərində uğurlar arzulayırıq”, - deyə YFK beyin mərkəzinin icraçı direktoru vurğulayıb.

Избранный
149
azertag.az

1Источники