Türkiyə Şimali Kiprin inkişafı üçün lazım olanı edəcək.
“Far.Az” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Nikosiya mərkəzi yolunun təməl atma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bunun üçün əlindən gələni əsirgəməyəcək: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə işlərimizi davam etdirəcəyik. Şimali Kiprin tərəqqisi, suverenliyi üçün nə lazımdırsa, edəcəyik”.