RU

"Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər" - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.   Manset.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək, bu dövlətin vətəndaşı olmaq böyük fəxarətdir: “Biz təkcə inkişaf göstəricilərimizlə deyil, qalib gəlmiş xalqın nümayəndələri kimi hər zaman iftixar hissi duyacağıq. Biz dünyada öz sözünü demiş, öz vətənpərvərliyi, torpaq və millət sevgisi ilə bütün dünyaya örnək olan xalqın nümayəndələriyik. Bu inkişaf və zəfər isə ulu öndər Heydər Əliyevin siyasi kursu və dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü idarəçilik qabiliyyətinin bariz nümunəsidir”. Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, dövlətimiz vətəndaşlarımızın keyfiyyətli xidmətlə təmin edilməsi, onların layiqli həyat şəraitində yaşaması üçün iqtisadi və sosial islahatlarını günbəgün daha da artırır: “Bu gün vətəndaşlarımız sabit ölkədə yaşamaqla yanaşı, özünün sosial təminatı və rifah halından məmnundur. Məhz buna görə seçicilər dövlət başçısı cənab İlham Əliyevə və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına inam və etimad göstərirlər”. O, daha sonra seçki platforması ilə bağlı məlumat verib və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Избранный
80
7
manset.az

5Источники